8 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əli Əsədov: “Ulu Öndərin həyata keçirdiyi torpaq islahatı​ kənd təsərrüfatını böhranlı vəziyyətdən xilas etdi”

1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Elə həmin dövrdə Azərbaycan Respublikası Milli Məclisinin 1-ci çağırış seçkiləri keçirildi. Bununla da ölkədə demokratik hüquqi dövlət quruculuğu prosesinin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, respublikamızda sosial-iqtisadi islahatların aparılması, vətəndaşlarımızın rifahının yaxşılaşdırılması üçün əsaslar yaradıldı. Tezliklə respublika iqtisadiyyatında sabitlik təmin edildi, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başladı.

Bu sözləri Baş nazir Əli Əsədov mayın 6-da keçirilən "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" adlı konfransda çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, həyata keçirilən islahatların əsas istiqamətlərindən biri də Azərbaycan kəndi idi. Ulu Öndərin uğurla həyata keçirdiyi torpaq islahatı kənd təsərrüfatını 1990-cı illərin əvvəllərində böhranlı vəziyyətdən xilas etdi və gələcək inkişafının əsasını qoydu. Aqrar islahatı nəticəsində Azərbaycanda sovxoz və kolxozlar ləğv olundu və onların torpaqları və əmlakı pulsuz olaraq kəndlilərə paylandı.

Baş Nazir Əli Əsədov qeyd edib ki, dözülməz vəziyyətdə yaşayan bir milyondan çox qaçqın və məcburi köçkün məhz Ulu Öndərin davamlı diqqəti və yorulmaz səyləri nəticəsində dövlət qayğısı ilə əhatə olundu, onların üzləşdiyi sosial problemlər öz həllini tapmağa başladı.

AZƏRTAC

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?