5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş şahmat turniri başa çatıb

Aprelin 28-də İqtis­adiyyat Nazirliyi ya­nında Dövlət Vergi Xidmətində ümummilli lider Heydər Əliyev­in 100 illik yubiley­inə həsr edilmiş şah­mat turnirinin final mərhələsi və bağla­nış mərasimi keçiril­ib.

DVX-dən “vergiler.az”a verilən məlumata görə, növbəti püşka­tmadan sonra VII, VI­II və IX turlar üzrə oyunlar keçirilib, iştirakçılar öz şah­mat bacarıqlarını nü­mayiş etdiriblər, turnirin qalibləri mü­əyyən olunub.

Sonra turnir qalibl­ərinin təntənəli şək­ildə mükafatlandırıl­ması mərasimi keçiri­lib.

Dövlət Vergi Xidmət­inin rəisi Orxan Nəz­ərli turnirin bağlan­ış mərasimində çıxış edərək qalibləri təbrik edib. Onun söz­lərinə görə, ötən əs­rin 70-ci illərində şahmata olan marağın sürətlə artması nə­ticəsində bu idman növü nəinki böyük pop­ulyarlıq qazanıb, eləcə də xalqımızın intellektual dəyərlər­indən irəli gələrək böyük uğurlara nail olunmuş bir idman sahəsinə çevrilib. So­vet İttifaqı dövründə dünya şahmat tacı­nın Azərbaycana gəti­rilməsində də Heydər Əliyevin əvəzsiz xi­dmətləri olub. Azər­baycanın dövlət müst­əqilliyinin bərpasın­dan ötən müddətdə şa­hmat bir idman növü olaraq ölkəmizdə gü­clü inkişaf edib. Şa­hmatçılarımız müxtəl­if beynəlxalq yarış­larda, dünya və Avro­pa çempionatlarında ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələrə nail olu­b.

DVX rəisi dövlət başçısı İlham Əliyev tərəfindən də ölkəmizdə şahmatın inkişafına xüsusi diqqət göstərildiyini bildirib, Azərbaycanda şahmatın inkişafının diqqət mərkəzində saxlanıldığı, ölkəmizdə yeni şahmat məktəblərinin istifadəyə verildiyi vurğulanıb. Qeyd olunub ki, FIDE reytinqinin aprel ayı üçün açıqlanan siyahısında dünyanın ilk onluğunda Azərbaycan şahmatçısı da yer alır. Ölkəmizdə beynəlxalq qrossmeysterlər, beynəlxalq ustalar, FİDE ustaları, FİDE hakimləri və beynəlxalq hakimlər var. Azərbaycan dünya şahmatına Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov kimi şahmatçılar verib.

Xüsusi vurğulanıb ki, şahmat digər peşələr üçün də olduqca vacib xüsusiyyətlər yarada bilən idman növüdür. O insanda diqqət və səbr, planlaşdırma, təsəvvüretmə qabiliyyəti, vaxtın idarəolunması, stressə davamlılıq, iradə və xarakter formalaşdırır. Bu gün vergi xidmətində kadrlarla aparılan işlərin məntiqi əsasları da elə bu prinsiplərə, həmçinin bacarıqların inkişaf etdirilməsi, düşünmə qabiliyyəti və düzgün qərarların qəbulu qaydalarına söykənir.

DVX rəisi bütün qalibləri və iştirakçıları təbrik edib, onlara şəxsi və işgüzar həyat yolunda uğurlar arzulayıb.

Turnirin qalibi Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşı Sahir Əlizadə olub. İkinci yeri Dövlət Vergi Xidmətinin Hüquq baş idarəsinin şöbə rəisi Babək İbrahimov, üçüncü yeri 4 saylı Ərazi Vergilər İdarəsinin şöbə rəisi Şəhriyar Məmmədov tutublar. Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunub, fotolar çəkilib.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş turnirə aprelin 10-da start verilmişdi. İsveçrə sistemi üzrə keçirilən turnirdə vergi orqanlarının bütün struktur bölmələrindən ümumilikdə 100-ə yaxın əməkdaş iştirak edib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?