3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş şahmat turniri keçirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş şahmat turnirinin açılış mərasimi keçirilib.

vergiler.az” xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova turnir iştirakçılarını salamlayaraq bildirib ki, yarış Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib, ölkəmizdə güclü şahmat məktəbi yaradılıb. Bu proses indi də davam edir və şahmatın inkişafı dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət tərəfindən göstərilən qayğı Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaradır. Ötən onilliklər ərzində Avropa, dünya çempionatlarında və bir sıra digər mötəbər turnirlərdə iştirak edən idmançılarımız böyük uğurlar əldə ediblər.

Dövlət Vergi Xidməti rəisinin müşaviri, Tədris Mərkəzi rəisinin səlahiyyətlərinin icraçısı, mərhum qrossmeysterimiz Vüqar Həşimovun qardaşı Sərxan Həşimov Ulu Öndərin xatirəsinə həsr olunmuş şahmat turnirinin vergi xidməti əməkdaşlarının asudə vaxtının səmərəli təşkili və onların intellektual potensialının nümayiş etdirilməsi baxımından da böyük əhəmiyyət daşıdığını vurğulayıb, tədbir iştirakçılarına uğurlar arzulayıb.

Turnirdə vergi orqanlarının bütün struktur bölmələrindən ümumilikdə 96 nəfər iştirak edir. İsveçrə sistemi üzrə keçiriləcək turnirin 1-3-cü turları aprelin 8-də baş tutub. 4-6-cı turların aprelin 15-də, 7-9-cu turların və bağlanış mərasiminin aprelin 29-da keçirilməsi nəzərdə tutulur. Hər oyun günü 3 turdan ibarət olacaq.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması