15 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ümummilli Liderin xatirəsinə həsr olunmuş intellektual oyun keçirilib

Ümummilli Liderin xatirəsinə həsr olunmuş intellektual oyun keçirilib

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu məqsədlə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilib və müxtəlif tədbirlər təşkil olunur.

“vergiler.az” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

İntellektual oyunda İqtisadiyyat Nazirliyinin strukturlarının və tabeliyindəki qurumların əməkdaşlarından ibarət 31 komanda iştirak edib. 3 mərhələdən ibarət yarışda iştirakçılar müxtəlif mövzularda suallara cavab tapmağa çalışıblar.

Qeyd edək ki, intellektual oyunun təşkilində məqsəd əməkdaşlar arasında kommunikasiyanın gücləndirilməsi, onların bilik, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılmasıdır.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?