22 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual turnir keçirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzrə turnirin ilk yarımfinal mərhələsi keçirilib.

DVX-dən “vergiler.az”a verilən məlumata görə, açılış mərasimində çıxış edən DVX rəisinin müşaviri, Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi, turnirin münsiflər heyətinin sədri Elçin Məmmədov bildirib ki, turnir işçilərin asudə vaxtlarının səmərəli təşkili, kollektiv tədbirlər vasitəsilə DVX-nin müxtəlif strukturları və qurumlarının əməkdaşları arasında qeyri-formal münasibətlərin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, onların bilik, erudisiya, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılması baxımından da böyük əhəmiyyətə malikdir.

Ümumilikdə 35 komandanın iştirak etdiyi turnirin ilk yarımfinal mərhələsinə əvvəlcədən keçirilmiş püşkatma nəticəsində seçilmiş 18 komanda qatılıb. 5 raunddan ibarət oyunda iştirakçılar müxtəlif mövzulara həsr edilmiş suallara cavab tapmağa çalışıblar. Hər raundun sonunda cavablar təşkilatçı tərəfindən təqdim edilmiş xüsusi məlumat formasında təhvil verilib. Düzgün cavablar turnirin 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. İlk yarımfinal mərhələsində uğurlu nəticə göstərmiş 9 komanda növbəti mərhələdə iştirak üçün vəsiqə qazanıb.

“Nə? Harada? Nə zaman?” intellektual turnirinin ikinci yarımfinal mərhələsi mart, finalı isə may ayında keçiriləcək.

VergiKənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı hansı vergi güzəştləri mövcuddur? VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur?