26 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şuşa şəhərində jurnalistlər üçün keçirilən iki günlük təlim yekunlaşıb

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) 22 iyul - Milli Mətbuat günü ərəfəsində biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün yay məktəbi formatında iki günlük təlim keçirib. “Şuşa ili” çərçivəsində keçirilən təlim tarixi-mədəni əhəmiyyətə və Azərbaycan xalqı üçün mənəvi dəyərə malik olan mədəniyyət paytaxtı – Şuşa şəhərində təşkil edilib.

Jurnalistlər üçün təşkil olunan yay məktəbində Maliyyə Nazirliyi, Mərkəzi Bank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti və İİTKM-in əməkdaşları “Dövlətin büdcə - vergi siyasəti”, “Sosial siyasət”, “Maliyyə-bank sektoru”, “Elektron ticarət” və “İqtisadi artım” mövzularında təlimlər keçib.

Tədbirin ikinci gününün sonunda iştirakçı media nümayəndələrinə sertifikatlar, təlimçilərə təşəkkürnamələr təqdim edilib.

Təlim müddətində təlimçilər və jurnalistlər Cıdır düzündə olublar, Şuşa şəhərini gəzib və Şuşa qalası önündə xatirə fotosu çəkdiriblər.

İki günlük təlimə 30-a yaxın TV və onlayn media nümayəndəsi qatılıb.

Qeyd edək ki, təlimdə "Vergilər" qəzetinin əməkdaşı da iştirak edib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?