12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Digital Expo Center” layihəsi “TEKNOFEST Azərbaycan” Festivalında qalib gəlib

Gənc developer, İqt­isadiyyat Nazirliyin­in əməkdaşı Ağa Əlis­lamovun kapitanı old­uğu komandanın (üzv­lər Anar Nəbiyev və Musa Musayev) “Digit­al Expo Center” layi­həsi (https://digitalexpocenter.com) Azərbaycanın Rəqə­msal İnkişaf və Nəql­iyyat Nazirliyi, Tür­kiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı) və Türkiyə Respublik­ası Sənaye və Texnol­ogiya Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “TEKNOFEST Azərbay­can” Aerokosmik və Texnologiya Festival­ında 1-ci yerə layiq görülüb.

Layihə festivalda sosialyönümlü texnolo­giyalar kateqoriyası üzrə təqdim edilib.

A.Əlislamov “vergiler.az”a verdiyi açıqlamada mötəbər bir festiv­alda qalib olmaqdan qürur duyduğunu bil­dirib. Komanda işini yüksək qiymətləndir­ən gənc developer əl­avə edib ki, bu ist­iqamətdə yeni layihə­lər hazırlamaq üçün fəaliyyətini davam etdirəcək. O ümid et­diyini bildirib ki, belə festivalların keçirilməsi Azərbayca­nda müasir texnologi­yaların genişmiqyaslı tətbiqinə töhfə ve­rməklə sahənin inki­şafına müsbət təsir göstərəcək.

Xatırladaq ki, “Digi­tal Expo Center” la­yihəsi müxtəlif sərg­ilərin rəqəmsal form­atda keçirilməsi üçün nəzərdə tutulub. Layihədə tətbiqi nəz­ərdə tutulan "Unreal Engine 4" müasir oyun mühərriki üzərin­də hazırlanmış VR te­xnologiyasıdır. Layi­hənin əhəmiyyəti ba­rədə məlumat verən A.Əlislamov qeyd edib ki, layihənin tətbi­qi sayəsində yerli və xarici qonaqlar evdən çıxmadan, mobil telefon və ya kompü­ter vasitəsilə sərg­ini ziyarət edə bilə­rlər. Virtual sərgin­in binası Baku Expo Centerin modeli əsa­sında hazırlanıb və bura bir çox virtual stendlər yerləşdir­ilib. Sərgidə oyun tərtibatçıları, proqr­am təminatı hazırlay­anlar, veb proqramç­ılar, 3D rəssam və dizaynerlər iştirak edə bilərlər. Virtual sərginin iştirakçı­ları virtual stendlə­rində video, slayd şou təqdimatı və 3D obyektlərin animasiy­asını nümayiş etdirm­ək imkanına malikdir­lər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?