17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq Enerji Agentliyi: Təmiz enerjiyə investisiyalar artacaq

Qarşıdakı dövrdə təmiz enerjiyə investisiyalar artacaq.
Bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
O bildirib ki, iqlim dəyişikliyi və enerji bir-birindən asılıdır. İqlim problemini həll etmədən enerji problemi həll edilə bilməz. Qarşıdakı dövrdə təmiz enerjiyə investisiyalar artacaq. Builki 3 əsas hədəfimiz təmiz enerjiyə keçidi sürətləndirməkdir.
F.Birol hökumətlərin təmiz enerji üçün ciddi təşviq və qaydalar tətbiq etməsinin vacibliyini vurğulayıb: “Yaşıl enerjiyə keçid dövründə yaşıl istiqrazlara və bənzər investisiya alətlərinə maraq artacaq”.
Elektrikli avtomobillərlə bağlı dünya trendinə toxunan IEA-nın icraçı direktoru bəzi ölkələrin elektrikli avtomobillərə keçiddə sürətlə irəlilədiyini deyib. Məsələn, Norveçdə satılan hər iki avtomobildən biri elektriklə işləyəndir. Lakin digər tərəfdən, Asiya qitəsinin ən sıx əhalisindən birinə sahib olan Hindistanın elektrik istehsalı kömürdən çox asılıdır və bu ölkənin digər dövlətlərlə müqayisədə bərpaolunan enerji mənbələrinə keçidi çətin görünür.

VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri