5 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn il pul siyasәtinin prioritet mәqsәdini qiymәt sabitliyi tәşkil edәcәk

2021-ci ildә dә pul siyasәtinin prioritet mәqsәdini milli valyutaya inamın başlıca zәmanәtçisi olan qiymәt sabitliyi tәşkil edәcәk. İnflyasiyaya tәsir imkanlarını güclәndirmәk istiqamәtindә islahatlar davam etdirilәcәk.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

2021-ci ildә pul siyasәtinin son hәdәfi inflyasiyanın 4±2 faiz dәhlizindә idarә olunması tәşkil edәcәk. Әvvәlki illәrdә olduğu kimi növbәti ilә dә hәdәf istehlak qiymәtlәri indeksinin son 12 ayda dәyişimi olacaq. İnflyasiya hәdәfinә nail olmaq üçün pul siyasәtinin aralıq hәdәflәri olaraq mәzәnnә, pul tәklifi vә faiz dәrәcәlәrindәn qәrarların transmissiya xüsusiyyәtlәri nәzәrә alınmaqla istifadә edilәcәk. Pul siyasәti yürüdülәrkәn manatın mәzәnnәsinin inflyasiyaya qısa vә orta müddәtli ötürücülüyü diqqәtdә saxlanılacaq. İstehlakda idxal mallarının әhәmiyyәtli paya malik olması mәzәnnәnin başlıca inflyasiya amili olmasını şәrtlәndirir. Növbәti ildә dә valyuta bazarında tarazlıq tәdiyә balansının vәziyyәtindәn, dövlәtin valyuta tәlәbi vә tәklifindәn, habelә iqtisadi subyektlәrin mәzәnnә gözlәntilәrindәn asılı olacaq. Zәruri hallarda bundan sonra da valyuta bazarında tarazlığı tәmin etmәk üçün hökumәtlә birlikdә qabaqlayıcı tәdbirlәr görülәcәk. Valyuta tәnzimlәnmәsinin optimallaşdırılması işlәri 2021-ci ildә dә diqqәtdә saxlanılacaq.

Digәr lövbәr olan pul tәklifi iqtisadi artım vә inflyasiya proqnozları, habelә maliyyә bazarlarında proseslәr nәzәrә alınmaqla tәnzimlәnәcәk. Hәdәflәrә nail olmaq üçün perspektivdә dә Mәrkәzi Bank bütün alәt vә mexanizmlәrdәn adekvat istifadә edәcәk, verdiyi siyasәt qәrarlarının ardıcıllığı vә effektivliyini diqqәtdә saxlayacaq. Pul siyasәti alәtlәri üzrә kәmiyyәt parametrlәri növbәti ildә dә iqtisadiyyatın likvidlik ehtiyaclarından vә maliyyә bazarlarındakı vәziyyәtdәn asılı olaraq çevik tәnzimlәnәcәk. Pul siyasәtinin transmissiya effektini güclәndirmәk, habelә pul bazarının aktivlәşmәsini vә gәlirlik әyrisinin formalaşmasını dәstәklәmәk üçün әmәliyyat prosedurlarının tәkmillәşdirilmәsi davam etdirilәcәk.

Faiz dәhlizinin parametrlәri haqda qәrarlar makroiqtisadi proqnozlar vә risk balansı nәzәrә alınmaqla qәbul edilәcәk. Pul siyasәtinin izafi yumşalmasının mümkün neqativ nәticәlәri nәzәrә alınmaqla risklәrin qiymәtlәndirilmәsi zamanı konservativ mövqe saxlanılacaq. 2021-ci ilin ilk rübündә inflyasiyaya azaldıcı tәsir göstәrәn amillәrin üstünlüyünü qoruyacağı gözlәnilir. Bu dövrdә dünya әrzaq qiymәtlәrindә bahalaşma vә epidemiya әleyhinә xәrclәrin artması mәcmu tәlәbin azalması hesabına neytrallaşa bilәr. Ortamüddәtli dövr üzrә isә mәcmu tәlәbin vә belәliklә iqtisadi artımın bәrpası inflyasiya proseslәrinә tәsir edәn başlıca amillәrdәn biri olacaq. Manatın mәzәnnәsinin sabitliyinin qorunması hәm qısa, hәm dә orta müddәtli dövrdә makroiqtisadi sabitliyin әsas lövbәri rolunda çıxış edәcәk.

Risk balansını vә qeyri-monetar faktorların tәsir potensialını nәzәrә almaqla inflyasiyanın hәdәfdә saxlanılması növbәti ildә dә әhәmiyyәtli dәrәcәdә iqtisadi siyasәtin bütün istiqamәtlәri, xüsusilә fiskal vә monetar siyasәt üzrә effektiv koordinasiyadan asılı olacaq. Digәr tәrәfdәn ölkәdә hәyata keçirilәn strukturinstitusional islahatlar rәqabәt mühitini yaxşılaşdırmalıdır ki, bu da dayanıqlı qiymәt sabitliyi üçün әhәmiyyәtlidir.

Mәrkәzi Bank inflyasiyaya tәsir imkanlarının yüksәldilmәsi istiqamәtindә fәaliyyәtini 2021-ci ildә dә davam etdirәcәk. Pul siyasәtinin strateji çәrçivәsinin tәkmillәşdirilmәsi, transmissiyada faiz kanalının güclәndirilmәsi şәrtlәrinin realizasiyası xüsusi diqqәtdә saxlanılacaq. Yeni bank qanunvericiliyi dә Mәrkәzi Bankın bütün istiqamәtlәrdә fәaliyyәtinin institusional әsaslarını qabaqcıl beynәlxalq tәcrübәyә uyğunlaşdırmaqla onun başlıca mandatı olan qiymәt sabitliyinә tәsirini güclәndirәcәk.

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?