16 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“ƏDV geri al” layihəsinə digər bankların da qoşulması ilə bağlı müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Mərkəzi Bankının və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələri ilə birgə onlayn görüş keçirilib.
Banklar Assosiasiyasından bildirilib ki, əlavə dəyər vergisinin (ƏDV) qaytarılması üçün yaradılan informasiya sisteminə bankların elektron bankçılıq həllərinin inteqrasiya olunması məqsədilə ABA tərəfindən İqtisadiyyat Nazirliyinə müraciət edilib. Bununla əlaqədar olaraq keçirilən görüşdə müvafiq informasiya sistemi ilə inteqrasiyanın yaradılması, həmçinin “ƏDV geri al” layihəsinə digər bankların da qoşulması məsələləri müzakirə olunub.
Görüşdə müvəkkil bank qismində “Kapital Bank” və “Beynəlxalq Bank”ın nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bu ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması məqsədilə yaradılan xüsusi portal vətəndaşların istifadəsinə verilib.

VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü?