19 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri getdikcə gücləndirilir.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizin erməni faşizminin işğalından azad edilməsi istiqamətində möhtəşəm Zəfər əldə edərək yeni şanlı qəhrəmanlıq tarixi yazıb. Qələbə ovqatının yaşandığı bu günlərdə şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların sosial müdafiəsi tədbirləri də uğurla davam etdirilir.

Dövlət başçısının həssas əhali qruplarına, o cümlədən şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə xüsusi qayğısından bəhs edən nazir müavini müharibə əlillərinin avtomobillə təminatı işlərini qeyd edib. Bildirib ki, nazirlik müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti verilib. Ümumilikdə nazirlik tərəfindən ötən dövrdə müharibə əlillərinə 7050-dən çox minik avtomobili verilib.

Qarabağ müharibəsi əlilləri doğma torpaqlarımızın düşmən işğalından azad edilməsinin bütün xalqımıza sonsuz sevinc və qürur bəxş edən tarixi Zəfər olduğunu, bu qələbənin fərəhi içində olduqlarını vurğulayıblar. Dövlətin bütün sahələrdə onlara göstərdiyi qayğıdan razı qaldıqlarını qeyd edən müharibə əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi