18 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yüzillərə sığan şərəfli ömür!

20 iyun 1747-ci il. Azərbaycan tarixinin ən böyük fatehlərindən Nadir şah Əfşar sui-qəsd nəticəsində öldürülür. Məhz bu tarixdən başlayaraq Azərbaycanın (Əfşarlar, Qacarlar, ayrı-ayrı xanlıqlar, Rusiya imperiyasına birləşdirilmə, iki illik ADR-in mövcudluğu və 70 illik SSRİ dövrü) torpaqlarını itirmə mərhələsi başlayır. Tam 273 il ərzində biz yalnız itirmişik və bu bizdə bir zəiflik, kiçiklik kompleksi yaradıb.

10 noyabr 2020-ci il. Tam 273 ildən sonra ilk dəfə itirdiyimizi geri qaytarmağı bacardıq, və bununla zəiflik, kiçiklik, məglubiyyət sindromundan qurtulduq, qalib, güclü, məğlubedilməz xalq ruhumuzu geri qaytardıq. Məğlubiyyətin, zəifliyin sınma nöqtəsi, qırılma anının memarı və sərkərdəsi Ali Baş Komandan cənab İlham Əliyev, bu qələbəyə addım-addım, səngər-səngər irəliləyən, onu qanı və canı bahasına əldə edən isə, Şərəfli Azərbaycan Əsgəri oldu.

İl 1453. Sultan II Mehmed heç kimin mümkün hesab etmədiyini mümkün edib, Konstantinopolu fəth edərək Fateh oldu.

İl 2020. Azərbaycan lideri cənab İlham Əliyev müzəffər ordusu ilə heç kimin, hətta rus hərbi mütəxəssislərinin də mümkün hesab etmədiyini mümkün etdi, Şuşanı işğaldan azad edib əbədiyaşar Qəhrəmanımız oldu.

24 dekabr 2020. Bu gün Qəhrəmanımızın ad günüdür.

Daim yaşayın, əbədi var olun, cənab Prezident!
Bizə, xalqımıza bu qüruru yaşatdığınız üçün Sizə hər zaman minnətdarıq, cənab Ali Baş Komandan!
Doğum gününüz mübarək!

Anar ƏLİYEV,

Tarix üzrə fəlsəfə doktoru

VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi