11 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyinin Vətən Müharibəsində iştirak edən bir qrup əməkdaşı təltif edilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Ordusunun sücaəti nəticəsində topraqlarımız işğaldan azad olundu, Azərbaycan Vətən Müharibəsində böyük Zəfər qazandı.

44 günlük müharibədə tarix yazan rəşadətli Ordumuz, qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın haqq mübarizəsində sarsılmazlığını, qələbə əzmini, hərb meydanında yüksək döyüş məharətini bütün dünyaya nümayiş etdirdi.

Vətən Müharibəsi iştirakçıları arasında İqtisadiyyat Nazirliyinin əməkdaşları da var. Onlardan bir qrupu - Sumqayıt Kimya Sənaye Parkının mütəxəssisi Nəsibov Asəf Səfəralı oğlu (ölümündən sonra), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları Bağırov Cavid Malik oğlu, Qafarlı Sərxan Qüdrət oğlu, Abasov Rəşad Barat oğlu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı Tağıyev Olxan Arif oğlu, “Təmiz Şəhər” ASC-nin əməkdaşları Abbasov Musa Zirəddin oğlu, Dəmirli Elməddin Mübariz oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə döyüşdə şücaətlərinə görə fərqləndikləri üçün “Cəsur döyüşçü”, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin digər əməkdaşı Alıyev Neməddin Sədrəddin oğlu isə “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunublar.

Qarabağ Azərbaycandır!

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?