29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2021-ci ildə investisiya xərcləri üçün 2,8 milyard manat nəzərdə tutulub

Gələn ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üçün 2 milyard 835 milyon manat vəsait nəzərdə tutulub.
Bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində deyilir.
Bildirilir ki, həmin vəsaitin 2 milyard 225 milyon manatı sosial və infrastruktur təyinatlı layihələrin (sosial-mədəni və məişət, inzibati, istehsalat təyinatlı layihələrin, bina və qurğuların, yolların, meliorasiya və su təsərrüfatı obyektlərinin, içməli su təminatı və kanalizasiya sistemlərinin tikintisinə, yenidən qurulmasına, əsaslı təmirinə, qeyri-maliyyə aktivlərinin, o cümlədən əsas vəsaitlərin, tikililərin, yaşayış və qeyri-yaşayış binalarının və sair alınmasına), 610 milyon manatı beynəlxalq kreditor qurumlarının təqdim etdiyi kreditlər hesabına həyata keçirilən sosial və infrastruktur təyinatlı layihələrdə (“Avtomobil və dəmir yolları şəbəkəsinin yenidən qurulması və təkmilləşdirilməsi”, “Kənd Təsərrüfatının Rəqabətliyinin Gücləndirilməsi”, “Kənd Yerlərinin Kompleks İnkişafı”, “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu”, “Özünüməşğulluq proqramının genişləndirilməsi” layihələri) Azərbaycan tərəfinin iştirak payının maliyyələşdirilməsinə yönəldiləcək.

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb