Toxuculuq sənayesində istehsal artıb
Bu ilin 11 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 363,5 milyon manat dəyərində məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə geyim istehsalında 41,5 faiz, toxuculuq sənayesində 9,6 faiz, dəri və dəridən məmulatlar, ayaqqabıların istehsalında isə 20 faiz artım müşahidə edilib.