7 Avqust 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn ilin ilk özəlləşdirmə hərracına 31 dövlət əmlakı çıxarılacaq

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti hərrac yanvarın 12-də təşkil ediləcək.
ƏMDX-dən bildirilib ki, hərraca 31 dövlət əmlakı çıxarılacaq. Bunlardan 26-sı kiçik dövlət müəssisəsi, 5-i nəqliyyat vasitəsidir. Özəlləşdirməyə çıxarılan əmlakların tam siyahısı ilə burada tanış ola bilərsiniz:(https://bit.ly/33Tz1Oe, https://bit.ly/3gnZOaC, https://bit.ly/3ma6R89).
Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin olunur. İştirak etmək istəyən şəxslərə seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Keçiriləcək hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına (“emlak.gov.az”) və ya Özəlləşdirmə Portalına (“privatization.az”) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.

Ekspert RəyiCari vergiləri hesablayarkən nələrə diqqət yetirilməlidir? Ekspert RəyiVergi mükəlləfiyyətinin dəyişdirilməsi zamanı qarşıya çıxan məsələlər VergiƏsas vəsaitlərin təmirinə çəkilən xərclər hansı qaydada gəlirdən çıxıla bilər? Ekspert RəyiFiziki şəxslərin əməkhaqqından gəlir vergisinin tutulması İqtisadiyyatSahibkarlığa dövlət dəstəyi davam etdirilir VergiVergi islahatları sağlam və rəqabətli biznes mühitinə dəstək verir VergiVergi islahatları: şəffaflıq, dürüstlük, hesabatlılıq VergiSəmərəli vergi siyasəti vergi daxilolmalarının artımına zəmin yaradır VergiƏmlakı icarəyə verən hüquqi şəxsin hansı vergi öhdəlikləri yaranır? İqtisadiyyatAzərbaycan sulfat turşusu və şüşə taralar ixrac edəcək