12 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Asiya İnkişaf Bankı kiçik və orta biznes portfelinin əhatə dairəsinin hazırlanması üzrə araşdırmalar aparır

Asiya İnkişaf Bankı kiçik və orta biznes portfelinin əhatə dairəsinin hazırlanması üzrə araşdırmalar aparır

Asiya İnkişaf Bankı (ADB) və İpoteka və Kredit Zəmanət Fondunun birgə təşkilatçılığı ilə Yamayka İnkişaf Bankı və Malayziya Kredit Zəmanət Korporasiyasının təqdimatlarının da olduğu onlayn dəyirmi masa keçirilib.
Görüş ADB-in məsləhətçisi Peter Marronun və İpoteka və Kredit Zəmanət Fondunu baş direktoru Emil Məmmədovun açılış nitqi ilə başlayıb, Asiya İnkişaf Bankının ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovun çıxışı ilə başa çatıb.
ADB tərəfindən İpoteka və Kredit Zəmanət Fondu ilə mikro, kiçik və orta biznesin (MKOB) davamlılığını və pandemiyadan sonra bərpasını dəstəkləməyi hədəfləyən işlər davam etdirilir. Bu işlərin bir hissəsi kimi, ADB xüsusən, kənd yerlərindəki mikro və kiçik müəssisələri dəstəkləmək üçün Azərbaycanın maliyyə sistemində kapitalın katalizasiyasına yönəlik MKOB portfelinin əhatə dairəsinin hazırlanması üzrə araşdırmalar aparır. Dəyirmi masanın təşkilinin əsas səbəbi bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və maraqlı tərəflərin məsələni müzakirə etməsi olub.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?