Azərbaycan neftinin bir barreli 49,21 dollara satılır
Azərbaycan neftinin qiyməti ucuzlaşır.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar ucuzlaşaraq 49,21 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.