Azərbaycan Gürcüstanın yanacaq idxalatçıları sırasında ikinci yerdədir
Cari ilin yanvar –noyabr ayları ərzində Gürcüstan 1004,8 min ton yanacaq idxal edib. Gürcüstanın xaricdən idxal etdiyi yanacağın 194 min tonunu Azərbaycandan alıb.
Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən məlumat verilib.
Bildirilib ki, 11 ayda Azərbaycan Gürcüstanın ümumi yanacaq idxalında 19,3 payla qonşu ölkənin Rusiyadan sonra ikincisi əsas yanacaq tədarükçüsü olub. Hesabat dövründə Gürcüstan 493,7 min ton benzin, 511,1 min ton dizel tədarük edib. Benzin idxalı illik müqayisədə 1,6 faiz azalıb, dizel idxalı isə 4,2 faiz artıb.