23 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bağlanmış 4 bankın əmanətçilərinə ödənilmiş kompensasiyanın məbləği 600 milyon manatı ötüb

Ölkəmizdə pandemiyanın, sərt karantin rejiminin və hərbi vəziyyətin hökm sürdüyü bir zamanda Əmanətlərin Sığortalanması Fondunun (ADIF) effektiv fəaliyyəti və uğurlu idarəetmə prinsiplərinin nəticəsində fond yarandığı tarixdən və bu günədək fəaliyyətdə olduğu müddət ərzində ilk dəfə qısa müddət ərzində bağlanmış son 4 bank üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsində ilkə imza atıb.
ADIF-dan bildirilib ki, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş, lisenziyaları ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi təyin olunmuş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank” ASC-nin ümumilikdə 23 min 929 əmanətçisinə fond tarixində ilk dəfə 6 ay ərzində 600 milyon manatdan çox kompensasiyaların ödənilməsi həyata keçirilib. Belə ki, bu il iyun ayının 16-dan dekabr ayının 1-dək ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın ümumilikdə 8606 əmanətçisinə agent bank olaraq təyin edilmiş “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən 228 milyon manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 84 faizi) ödənilib. Həmçinin iyunun 1-dən dekabrın 1-dək agent bank qismində seçilmiş “Kapital Bank” tərəfindən “Amrah Bank” və “Ata Bank”ın toplam 15 min 323 əmanətçisinə 372 milyon manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 92 faizi) ödənişi həyata keçirilib.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu bildirir ki, bağlanmış son 4 bank üzrə kompensasiyaların tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşacaq. Hazırda qalan digər əmanətçilərin kompensasiyaların ödənilməsi seçilmiş agent bankların filiallarında həyata keçirilir.

VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?