19 Avqust 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daha 4 dövlət əmlakı özəlləşdirilib

qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti özəlləşdirmə hərracı təşkil olunub.
ƏMDX-dən bildirilib ki, hərracda 4 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 2-si kiçik dövlət müəssisəsi, 2-si isə nəqliyyat vasitəsidir. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Hacıqabul və Yevlax şəhərlərində yerləşir.
Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.
Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına (“emlak.gov.az”) və ya Özəlləşdirmə portalına (“privatization.az”) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər.
Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

VergiMDB dövlətləri Vergi (maliyyə) tədqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurasının iclası keçirilib Ekspert RəyiVergi ödəyicisinin təsərrüfat subyekti hesab edilməyən mülkü vergi uçotuna alınmalıdırmı? VergiRezident müəssisə tərəfindən qeyri-rezidentə ödənilən cərimədən vergi tutulurmu? Ekspert RəyiƏmək qabiliyyətinin müvəqqəti itirilməsi və hamiləliyə görə müavinətlər VergiVergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə maliyyə sanksiyası tətbiq olunurmu? VergiDəyişiklikdən sonra faiz gəlirlərindən ödəmə mənbəyində vergi necə hesablanacaq? VergiVergi daxilolmaları 73,2 faiz artıb Ekspert Rəyiİşçilərin nahar fasiləsi fərqli vaxtlarda və fərqli müddətlərdə ola bilərmi? VergiQeyri-rezidentin yerli müəssisəyə ödədiyi borc Azərbaycan mənbəyindən əldə olunmuş gəlir hesab edilirmi? VergiMikro sahibkarlıq subyektlərində gəlirin müəyyən edilməsi