Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən artmaqda davam edib
Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən artmaqda davam edib və artım 3,4 faiz təşkil edib.
Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 30-da keçirdiyi mətbuat konfransında deyib.
“Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Bu, ümumi daxili məhsulun 100 faiz səviyyəsini üstələyir”, - deyə E.Rüstəmov bildirib.