16 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

79 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə oktyabrın 28-də keçirdiyi monitorinqlər zamanı Yasamal rayonunda “Oba market”də, “Twins Cake” ticarət obyektində, Nəsimi rayonunda “Al market”də, Cəbirə Hüseynovaya məxsus mağazada, Binəqədi rayonundaNovruz Novruzova məxsus “1001 xırdavat” mağazasında, Elnur Qənbərova, Kamil Orucova məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda “Market FR2”də, “Ətçi mağazası”nda, "Promart" MMC-yə məxsus “Market”də, Nərimanov rayonunda Raqub Quliyevə, Kərəm Kərimova məxsus mağazalarda, Yasamal rayonunda Səməd Teymurova məxsus “Ət dükanı”nda, Xəzər rayonundaDadaşəli Əliyevə məxsus tikinti materialları, Canbulad Əliyevə məxsus ərzaq mağazalarında, Sabunçu rayonunda Natiq Şəfiyevə məxsus “Tikinti materialları mağazası”nda, Suraxanı rayonunda “Step ayaqqabı mağaza”da, Elnur Səlimova məxsus “Qadın geyimləri mağazası”nda, Nizami rayonunda“Elmir market”də, “Meyvə bazarı mağaza”da, Qaradağ rayonunda “Qaradağ market”də, Xətai rayonunda “Avto city” ticarət, Əli Məmmədova məxsus xidmət obyektlərində, Gəncə şəhərində "Super fon telefon aksessuarları mağazası”nda, “Ay mini uşaq mağazası”nda, Sumqayıt şəhərində “Qayalı market”də, “Diana market”də, Rəhman Əsgərova məxsus geyim mağazasında, Abşeron rayonunda“Bab life mağaza”da, “Emin market”də, “Ruslan market”də, Quba rayonunda Maxsud Cəbrayılova, Elnur Sultanova məxsus pərakəndə ticarət obyektlərində, Sabirabad rayonunda Möhübbət Vəliyevə, Rəhman Cəfərova məxsus mağazalarda, Şəki rayonunda Bəylər Mərdanova məxsus mağazada, Ehtibar Qasımova məxsus stomatoloji kabinetdə, Şəmkir rayonunda Laura Rəhimovaya məxsus inşaat malları mağazasında, Elnur Nuruyevə məxsus pərakəndə ticarət obyektində, Lənkəran rayonunda Sarvan Əliyevə, Aydın Səfərova məxsus mağazalarda, Cəlilabad rayonundaDürdanə Cəfərovaya, Yeganə Abdullayevaya məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə, 79 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?