Sahibkarlıq subyektlərində koronavirusa qarşı mübarizə tədbirləri
İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə oktyabrın 27-də keçirdiyi monitorinqlər zamanı Nəsimi rayonunda “Alliance clinic” klinikasında, Mehman Həsənova məxsus mağazada, Səbail rayonunda“Catch geyim mağazası”nda, "Vita aptekləri” MMC-yə məxsus “Aptek”də, Nərimanov rayonunda “Al market”də, Etibar Nəsibova məxsus “Santexnika satışı mağazası”nda, Royal Tağıyevə məxsus pərakəndə ticarət obyektində, Binəqədi rayonunda "Bakery çörək sexi”ndə, “Fame mall” ticarət obyektində, Xətai rayonunda Misir Əskərova, Səyyad Əsgərova məxsus pərakəndə ticarət obyektlərində, Yasamal rayonunda “Class mağaza”da, Bəxtiyar Ələkbərova məxsus meyvə-tərəvəz mağazasında, “Aloe aptek”də, Xəzər rayonunda “Nar market”də, “Şağan inşaat” ticarət obyektində, Sabunçu rayonunda “Oba market”də, Ərtoğrul Əliyevə məxsus pərakəndə ticarət obyektində, Suraxanı rayonunda Ruslan Rəsulova, Razim Nurəliyevə məxsus mağazalarda, Nizami rayonunda “Ruslan market”də, “Gold Telefon mağazası”nda, Qaradağ rayonunda “Aptek 554”də, Günay Miralayevaya məxsus mağazada, Gəncə şəhərində“Asiman mağazası”nda, Vətəndil Hacıyevaya, Razim Əkbərova məxsus pərakəndə ticarət obyektlərində, Sumqayıt şəhərində Minayə Kərimovaya, Rövşən Təhməzova məxsus mağazalarda, Abşeron rayonunda İlham Səlimova, Əli İmamverdiyevə istehsal sahələrində, İlqar Məmmədova məxsus mağazada, Sabirabad rayonunda Fəxri Süleymanova, Həqiqət Əliyevaya məxsus pərakəndə ticarət obyektlərində, Lənkəran rayonunda “Dəmirağac market”də, Rakif Calalova, Xalidə Məmmədovaya məxsus mağazalarda, Cəlilabad rayonunda Əfqan Novruzova, Elnur Ağayevə, Cabir Nəzərova məxsus pərakəndə ticarət obyektlərində, Şəmkir rayonunda İlhamə Abbasovaya, Əfqan Bayramova, Rafiq Mustafayevə, Məmmədəli Məmmədova məxsus mağazalarda, Quba rayonunda İlham Allahverdiyevə, Orxan Quliyevə, İzzət Zeynalova məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə 81 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.