17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Düşmənin növbəti informasiya təxribatı puç oldu

Müzəffər ordumuz dövlətimizin başçısı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr endirərək işğal altında olan torpaqlarımızı düşməndən təmizləyir və şanlı bayrağımız azad edilmiş şəhər, qəsəbə və kəndlərimizdə dalğalanır.

Bütün cəbhələrdə məğlub olan düşmən öz xislətinə uyğun olaraq, çıxış yolunu müxtəlif xarakterli təxribatlar törətməkdə görür. Növbəti dəfə düşmən tərəfindən Azərbaycan Banklar Assosiasiyasının adından guya Ermənistanın ölkəmizə təcəvüzü nəticəsində yaranmış vəziyyətlə əlaqədar Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılması haqqında təxribat xarakterli və həqiqətə uyğun olmayan saxta məlumat yayılıb. Bununla bağlı Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası və Əmanətlərin Sığortalanması Fondu birgə bəyanat verib. Bəyatda ölkə əhalisindən, bank müştərilərindən çarəsizliyə düçar olan düşmənin bu xarakterli təxribatlarına əhəmiyyət verməmək xahiş olunub.

Qeyd edilib ki, ölkəmizdə dayanıqlı makroiqtisadi və maliyyə sabitliyi hökm sürür, bütün bank-maliyyə institutları normal rejimdə fəaliyyət göstərir və bank-maliyyə infrastrukturu əhaliyə sabit xidmətlər göstərir. Düşmənin kiberməkanda törətməyə çalışdığı belə uğursuz təxribatları kibertəhlükəsizliyə cavabdeh qurumlarımız və mütəxəssislər tərəfindən uğurla dəf edilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdikdə və ya metodiki dəstəyə ehtiyacları olduqda, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?