5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Yaponiyada səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti KOB sektorunda əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə bu ölkənin bir sıra qurum və təşkilatlarında görüşlər keçirib. Agentlikdən bildirilib ki, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin, Kiçik və Orta Sahibkarlıq Agentliyinin (SMEA) nümayəndələri ilə keçirilmiş görüşdə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti, ölkəmizdə KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib. Azərbaycanın biznes mühiti və investisiya imkanları, eləcə də KOB sahəsində əməkdaşlıq perspektivlərinə dair Yaponiya tərəfini maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan nümayəndə heyətinin səfərindən məmnunluğunu bildirən Yaponiya tərəfi SMEA-nın fəaliyyəti, eləcə də ölkədə sahibkarlığı dəstəkləyən digər təşkilatlar barədə məlumat verib, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər.

Görüşdə KOBİA və SMEA arasında əməkdaşlığa, Yaponiyada KOB-lara dəstək məqsədilə tətbiq olunan texnika və texnologiyalar, maliyyə dəstəyi mexanizmləri, startaplar, biznes innovasiyaları sahəsində təcrübə mübadiləsinə, Azərbaycanın KOB subyektlərinin bu ölkəyə tanışlıq səfərlərinin təşkilinə, onlar arasında birbaşa əlaqələrin qurulması üçün birgə tədbirlərin və video konfransların təşkil olunmasına, KOB-ların iştirakı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə dair müzakirələr aparılıb. KOBİA nümayəndələrinin Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyində (JICA) və Xarici Ticarət Təşkilatında (JETRO) təşkil olunmuş görüşlərində agentliyin fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumat verilib, KOB-ların maliyyələşdirilməsi, birgə tədbirlərin təşkili və KOB-lar üçün yeni dəstək mexanizmlərinin tətbiqi sahəsində texniki dəstəyin göstərilməsi istiqamətlərində fikir mübadiləsi aparılıb.

Yaponiyanın Kiçik və Orta Sahibkarlara Dəstək Təşkilatı ("SME Support Japan") ilə keçirilmiş görüşdə isə qurumun fəaliyyəti, eləcə də xarici tərəfdaşların tapılması üçün tətbiq olunan elektron platforma barədə məlumat verilib, bu platformadan Azərbaycan KOB-larının istifadə edə biləcəyi diqqətə çatdırılıb, birgə tədbirlərin təşkili və sahibkarların əlaqələndirilməsi üçün müvafiq addımların atılması barədə razılıq əldə olunub.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması