6 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pambıq mahlıcına dair yeni dövlət standartları qəbul edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən AZS 965:2024(O’z DSt 3295:2018) "Pambıq mahlıcı. Təsnifat cihazlarının köməyi ilə pambıq mahlıcının fiziki-mexaniki xassələrinin müəyyən olunması üçün standart sınaq metodları", AZS 969:2025 (O’z DSt 632:2021) “Pambıq mahlıcı. Qüsur və zibil qarışıqlarının müəyyən olunma metodları” və AZS 154:2025 “Pambıq mahlıcı. Yetişkənliyin müəyyən edilmə metodları” dövlət standartları qəbul edilib.

İnstitutun məlumatına görə, bu dövlət standartları pambıq mahlıcının təsnifat cihazlarından istifadə etməklə rəng, tullantı, mikroneyr göstəricisi, yuxarı orta uzunluq, uzunluğa görə bərabərlik indeksi, xüsusi qırılma yükü, pambıq analizatorlarında qüsur və zibil qarışıqlarının kütlə payı, eləcə də pambığın sınağı üçün standartlaşdırılmış alətlərdə (SITC) nepslər (düyünlər), o cümlədən polyarizasiya işığında və nümunənin havakeçirmə qabiliyyətinə görə yetişkənlik əmsalının müəyyənləşdirilməsi metodlarını təyin edir.

Sözügedən standartlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-tədqiqat İnstitutunun bazasında təsis olunmuş “Pambıqçılıq sənayesi”nin standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 38) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?