6 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nəqliyyat vasitələrinin idxal strukturu açıqlanıb

2024-cü il ərzində ölkəyə 383,84 milyon ABŞ dolları dəyərində 15 815 ədəd elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (HEV - Hybrid Electric Vehicle) idxal edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərindən dəyər ifadəsində 0,6 faiz az, say baxımından isə 12,2 faiz çoxdur.

Bununla yanaşı ötən il 295,64 milyon dollar dəyərində 10 382 ədəd Plug-in tipli hibrid elektrik avtomobilləri (PHEV - Plug-in Hybrid Electric Vehicle) idxal edilib. Bu kateqoriya üzrə statistik göstəricilər cari ilin yanvar ayından ilk dəfə olaraq aparılır.

Ümumilikdə 2024-cü ildə ölkəyə 1,84 milyard dollar dəyərində 91,8 mindən çox nəqliyyat vasitəsi idxal edilib. İdxalın strukturunda HEV avtomobillərinin payı 17,2 faiz, PHEV avtomobillərin payı isə 11,3 faiz təşkil edib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?