Bolqarıstana məhsul ixracı 40 faizdən çox artıb
2024-cü il ərzində Azərbaycanın Bolqarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 40,6 faiz artaraq 718,6 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Bolqarıstana ixrac: 683 milyon dollar (+41,7 faiz)
Bolqarıstandan Azərbaycana idxal: 35,6 milyon dollar (+22,7 faiz)
Ümumi ticarət dövriyyəsindəki payı:
2024-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 1,5 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,5 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi