6 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezidentin DİF-də iştirakı çərçivəsində İqtisadiyyat Nazirliyi bir sıra görüşlər keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda (DİF) iştirakı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşüb. Görüş zamanı şirkətin yaşıl enerji keçidində fəal iştirakı, ölkəmizlə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi müzakirə edilib.

İqtisadiyyat naziri həmçinin, Davos İqtisadi Forumu çərçivəsində "Vestas Wind Systems A/S" şirkətinin vitse-prezidenti Morten Dirholm ilə görüşüb. Tərəflər yaşıl texnologiyaların tətbiqinin əhəmiyyəti, sənayedə innovativ həllərin səmərəli nəticələri və külək enerjisindən istifadə istiqamətində şirkətlə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Forum çərçivəsində təşkil olunan "Ticarət və İnvestisiya Rəhbərliyi Naharı" sessiyasında bu il üçün ticarət və sərmayələr sahəsində fəaliyyətin prioritet istiqamətləri nəzərdən keçirilib. İqtisadi diversifikasiya prosesinə geosiyasi təsirlər, innovasiya və səmərəlilik, idarəçilik və inkişaf kimi mövzular müzakirə olunub.

İqtisadiyyat nazirinin müavini Anar Axundov "HSA Group" şirkətinin İdarə Heyətinin üzvü Fuad Hayel Saeed Anam ilə görüş keçirib. Görüşdə Azərbaycanda xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verilib. Aqrar sektor, sənaye və istehsal proseslərində dayanıqlı yanaşmaların tətbiqi və birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?