6 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkədə coğrafi məlumatlara dair yeni dövlət standartları qəbul edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən coğrafi məlumatlara dair yeni dövlət standartları qəbul edilib:

AZS ISO 19103:2024 “Coğrafi məlumat. Konseptual sxemin dili”,
AZS ISO 19108:2024 “Coğrafi məlumat - Müvəqqəti sxem”,
AZS ISO 19109:2024 “Coğrafi məlumat - Tətbiq sxeminin qaydaları”,
AZS ISO 19117:2024 “Coğrafi məlumat - Təsvir”,
AZS ISO 19118:2024 “Coğrafi məlumat - Kodlaşdırma”,
AZS ISO 19119:2024 “Coğrafi məlumat - Xidmətlər”,
AZS ISO 19131:2024 “Coğrafi məlumat - Məlumat məhsulunun spesifikasiyası”,
AZS ISO/TS 19139-1:2024 “Coğrafi məlumat - XML sxeminin həyata keçirilməsi - 1-ci hissə: Kodlaşdırma qaydaları”,
AZS ISO 19142:2024 “Coğrafi məlumat - Veb xidmətlərin xüsusiyyətləri”,
AZS ISO 19144-1:2024 “Coğrafi məlumat - Təsnifat sistemləri - 1-ci hissə: Təsnifat sisteminin strukturu”,
AZS ISO 19157-1:2024 “Coğrafi məlumat - Məlumatların keyfiyyəti”.

Sözügedən standartlar coğrafi məlumatların toplanılması, saxlanılması, mübadiləsi, idarə edilməsi, modelləşdirilməsi, zamanla əlaqəli dəyişikliklərin izlənilməsi, məlumatların vizualizasiyası, kodlaşdırılması və təqdim olunması prosesləri haqqında qaydaları müəyyən edir.

Yeni dövlət standartlarının qəbulu məlumatların vahid sistemdə toplanması və idarə edilməsini təmin etməklə qurumlar arasında informasiya mübadiləsini asanlaşdıracaq, o cümlədən rəqəmsal hökumətdə coğrafi layihələrin uğurla həyata keçirilməsinə şərait yaradacaq.

Yeni dövlət standartları Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?