Davosda "Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq" sessiyası keçirilib
“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində "Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq" sessiyasında iştirak etdik”. Bu barədə sosial şəbəkə hesablarındakı paylaşımında iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir əlavə edib ki, sessiyada uğurlu enerji transformasiyası üçün mövcud imkanlar və əsas çağırışlar, enerji keçidinin maliyyələşdirilməsi barədə müzakirələr aparılıb: “Azərbaycanın dünyanın enerji təhlükəsizliyində və davamlı enerji təminatında etibarlı tərəfdaş olaraq fəal təşəbbüsləri, ədalətli yanaşma və "yaşıl enerji" keçidi strategiyası, həmçinin ölkəmizin ev sahibi olduğu COP29-da əldə edilən nəticələr barədə fikirlərimizi bölüşdük”.