12 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il 232 yeni dövlət standartı qəbul edilib

2024-cü il ərzində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 232 yeni dövlət standartı qəbul edilib.

Qurumun məlumatına əsasən, bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyi və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılması və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

Dövlət standartlarının sahələr üzrə bölgüsü də açıqlanıb:

  • Qida texnologiyası və kənd təsərrüfatı üzrə 67 dövlət standartı;
  • Tikinti materialları üzrə 12 dövlət standartı;
  • İdarəetmə və keyfiyyət üzrə 9 dövlət standartı;
  • İnformasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə 25 dövlət standartı;
  • Rezin və plastik sənaye üzrə 2 dövlət standartı;
  • Neft-qaz və əlaqəli texnologiyalar üzrə 14 dövlət standartı;
  • Zərgərlik sahəsi üzrə 6 dövlət standartı;
  • Ətraf mühit üzrə 16 dövlət standartı;
  • Nəqliyyat sahəsi üzrə 13 dövlət standartı;
  • Səhiyyə və tibb sahəsi üzrə 1 dövlət standartı;
  • Tekstil və dəri texnologiyası üzrə 11 dövlət standartı;
  • Əməyin təhlükəsizliyi sahəsi üzrə 56 dövlət standartı.

Ötən il 105 dövlət standartının dövri yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 70 dövlət standartı isə ləğv edilib:
Sahibkarların sifarişi əsasında 136 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?