12 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fariz Cəfərov: “Coursera” ilə əməkdaşlıq çərçivəsində 4 mindən çox sertifikat təqdim edilib”

“Coursera” şirkəti və 4Sİ Akademiyası tərəfindən həyata keçirilən pilot layihə çərçivəsində Azərbaycanda bu təhsil platformasında təlim keçmiş vətəndaşlara 4 200 sertifikat təqdim edilib.

Bu barədə “Coursera”ya (Azerbaijan Drives Socioeconomic Development through Accessible Digital Upskilling with Coursera | Coursera) müsahibəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.

O qeyd edib ki, kursların ümumi izləmə müddəti 32 min saat təşkil edib. F.Cəfərov vurğulayıb ki, bu proqramın nəticələri və təsiri göz qabağındadır. 4Sİ Akademiyası və “Coursera”nın birgə layihəsi iştirakçılar üçün stimullaşdırıcı və motivasiyaedici bir layihədir, çünki onlar bilirlər ki, işəgötürənlər onlara diqqət yetirəcək.

“Ölkədə çoxsaylı insanları, onların yaşadıqları yerlərdən – kənd yerləri və ya şəhərlərdən asılı olmayaraq, əhatə etmək üçün onlayn platformanın mövcudluğu vacib idi. Biz Akademiyamız üçün pilot layihəyə başladıq, ilkin olaraq min lisenziya təqdim etdik və bu lisenziyalar Dördüncü Sənaye İnqilabı ilə bağlı mövzulara, süni intellektə və eləcə də yumşaq bacarıqların (soft skills) inkişafına yönəldildi. Daha sonra biz müxtəlif sosial təbəqələrdən, o cümlədən bölgələrdə yaşayan insanlardan ibarət 10 min nəfərə çatdıq və onlar dünya səviyyəli kurslara çıxış əldə etdilər”, – deyə F.Cəfərov bildirib.

4SİM-in rəhbəri vurğulayıb ki, Dördüncü Sənaye İnqilabı dövründə insanlara ömürboyu təhsil almaq imkanı təqdim etmək çox vacibdir. “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Rəqəmsal iqtisadiyyat strategiyası” hazırlanıb. Təkmilləşdirmə, yenidən hazırlıq və təhsil proqramları üzərində iş aparılır. F.Cəfərovun sözlərinə görə, “Coursera” platforması bu işlərin böyük hissəsini öz üzərinə götürüb.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?