6 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

4SİM-də təcrübə keçən tələbə və könüllülərlə görüş keçirilib

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində (4SİM) 2024-cü ildə müxtəlif təcrübə proqramlarında iştirak edən məzunlarla görüş keçirilib.

Tələbələri salamlayan 4SİM-in icraçı direktoru Fariz Cəfərov 2024-cü ildə qurumun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində təcrübə proqramlarında iştirak edən gənclərə səmərəli fəaliyyətlərinə görə təşəkkür edib.

Qeyd olunub ki, ümumilikdə 9 universiteti təmsil edən təcrübəçilər süni intellekt ilə bağlı müxtəlif pilot həllər, o cümlədən “Milli iqtisadiyyatın data portalı” və “Milli iqtisadiyyatda sənaye 4.0 texnologiyalarının tətbiqinə dair uğurlu həllər” layihələrinə öz töhfələrini veriblər.

Gənclər, həmçinin, il ərzində 4SİM-in təşkilati dəstəyi ilə həyata keçirilən “İnMerge” İnnovasiya Sammiti, “Baku İD”, “Edu Expo 2024”, o cümlədən COP29 və digər tədbirlərdə fəal iştirak ediblər.

Tədbirdə, həmçinin, qeyd olunub ki, coğrafi informasiya sistemləri sahəsində dünyanın aparıcı şirkəti olan “Esri” ilə əməkdaşlıq çərçivəsində yerli tələbələrə yönəlik “ArcGİS" layihəsinə start verilib.

Həmçinin, “Coursera” şirkəti ilə “4Sİ Akademiyası” layihəsinn pilot mərhələsi uğurla başa çatıb və hazırda “Milli proqram” layihəsinin başlaması üçün son hazırlıq işləri görülür. Bildirilib ki, 2025-ci ildə ildə planlaşdırılan layihələr sırasında “Binance” şirkəti ilə “Binance Academy” layihəsi çərçivəsində blokçeyn texnologiyaları sahəsində təlimlər, “Apple” şirkəti ilə sənaye 4.0 texnologiyaları sahəsində tədris layihəsi və s. təşəbbüslərin icra olunması nəzərdə tutulur.

Tədbirin sonunda tələblərə 4SİM adından sertifikatlar təqdim olunub.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?