19 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektrik avadanlıqlarının istehsalı 30 faizə yaxın artıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik avadanlıqlarının istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,6 faiz artaraq dəyər ifadəsində 207,7 milyon manata çatıb.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin 11 ayı ərzində 962 ədəd (+60,6 faiz) güc transformatoru, 4 766 ədəd (-17,2 faiz) elektrik tənzimləyici cihazlar, 9 850,2 ton (+11,4 faiz) digər elektrik naqilləri, 793 ədəd (-8,7 faiz) məişət soyuducuları və dondurucuları istehsal olunub.

Ümumilikdə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 254,6 milyon manatlıq məhsul istehsal olunub.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?