22 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AYİB-nin Azərbaycan üzrə cari portfeli 870 milyon avronu keçib

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2024-cü ildə fəaliyyət göstərdiyi ölkələrdə 16,6 milyard avro məbləğində rekord investisiya qoyuluşu həyata keçirib ki, bu da əvvəlki illə müqayisədə 26 faiz artım deməkdir.

Bankın məlumatına görə, ötən il bütün mənbələrdən cəlb edilən ümumi investisiya məbləği 26,7 milyard avro təşkil edib.

AYİB ümumilikdə 584 layihəni maliyyələşdirib və investisiyaların 76 faizi özəl sektora yönəldilib ki, bu da rekord səviyyədə – 12,5 milyard avro təşkil edir.

İl ərzində bank yaşıl layihələri də rekord səviyyədə maliyyələşdirib. Bu layihələr AYİB-nin ümumi investisiya portfelində 58 faiz paya sahib olub və bu, rekord məbləğdədir – 9,7 milyard avrodan çox.

Ötən il bank Azərbaycan üzrə ümumi dəyəri 800 milyon dollardan çox olan 9 layihənin reallaşdırılmasını nəzərdən keçirib. Təsdiq olunmuş layihələr sırasında Neftçalada 315 MVt, Biləsuvarda isə 445 MVt quraşdırılmış gücə malik günəş fotovoltaik elektrik stansiyalarının tikintisi layihələri yer alıb. Bu iki layihənin ümumi dəyəri 666 milyon dollar təşkil edir.

Fəaliyyətə başladığı dövrdən AYİB Azərbaycanda 190-dan çox layihənin maliyyələşdirilməsinə vəsait yönəldib. Bankın Azərbaycan üzrə ümumi portfeli 3,7 milyard avronu keçib. Cari portfel isə 871 milyon avro təşkil edir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?