14 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

EADB: Azərbaycan birbaşa xarici investisiyaların ÜDM-ə nisbətinə görə Avrasiya regionunda liderdir

Avrasiya İnkişaf Bankının “Qarşılıqlı İnvestisiya Monitorinqi - 2024” hesabatına əsasən, Azərbaycan qarşılıqlı birbaşa xarici investisiyaların ÜDM-ə nisbətinə görə Avrasiya regionunda (Avrasiya İnkişaf Bankının fəaliyyət göstərdiyi region) liderdir və eyni zamanda ən çox investisiya alan ölkələrdən biridir.

Bankın məlumatına əsasən, qarşılıqlı birbaşa xarici investisiyalar Azərbaycanın ÜDM-ə nisbəti 2024-cü ilin birinci yarısında 6,6%-ə çatıb ki, bu da 2022-ci ildə qeydə alınan 4%-i əhəmiyyətli dərəcədə üstələyib. 2016-cı ildən Azərbaycanın region ölkələrinə yatırdığı investisiyalarının həcmi təxminən 2 dəfə artaraq 1,7 milyard dollardan 3,1 milyard ABŞ dollarına yüksəlib.

Əsas investisiya yatırılan sektorlar, nəqliyyat və telekommunikasiyadır. Belə ki, nəqliyyat sektoruna 711 milyon, telekommunikasiyaya isə 709 milyon ABŞ dolları investisiya yatırılıb. Bununla yanaşı Azərbaycanlı investorlar anbar sektorunda 411 milyon dollar dəyərində layihələr həyata keçiriblər ki, bu da Avrasiya regionu ölkələri arasında ən yüksək göstəricidir. Sonrakı yerləri isə 376 milyon dollarla Qazaxıstan, 246 milyon dollarla Rusiya tutur.

2024-cü ilin birinci yarısının göstəricilərinə əsasən, Gürcüstan Azərbaycandan 1,26 milyard dollar həcmində investisiya cəlb edərək, Azərbaycan investisiyalarının aparıcı alıcısına çevrilib. Həmin müddətdə Azərbaycan Ukraynaya 1.22 milyard, Belarusa 197 milyon, Qazaxıstana 57 milyon ABŞ dolları investisiya yatırıb. Qırğızıstana yatırılan investisiyanın həcmində isə ciddi artım müşahidə edilir. Bu rəqəm 28 milyon dollara yüksəlib.

Avrasiya İnkişaf Bankının məlumatına əsasən, Azərbaycan Avrasiya regionunda 40-dan çox aktiv investisiya layihəsi həyata keçirir. 2023-cü ilin oktyabrından Azərbaycan şirkəti Qırğızıstanın İssık-Kul gölünün sahilində parkı olan beşulduzlu otelin tikintisinə başlayıb. 17 hektardan çox ərazini əhatə edən layihə təqribən 112 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

Bankın analitikləri qeyd edirlər ki, Azərbaycanın qarşılıqlı birbaşa xarici investisiyalarının payı artmaqda davam edir və bu, Rusiya kimi digər region ölkələri ilə müqayisədə Azərbaycanı iqtisadi miqyasının kiçik olmasına baxmayaraq investisiya fəaliyyətində əhəmiyyətli regional oyunçuya çevirir.

Azərbaycan eyni zamanda regionda ən çox investisiya alan üçüncü ölkədir. Sıralamada 10,4 milyard dollarla Qazaxıstan, 10,2 milyard dollarla Özbəkistan və 5,8 milyard dollarla Azərbaycan gəlir.

Azərbaycan 2016-cı ildən bəri regionda ən yüksək artım tempi nümayiş etdirib. Azərbaycanda qarşılıqlı birbaşa xarici investisiyanın həcmi 2,5 dəfə artıb və 2,3 milyard dollardan 5,8 milyard ABŞ dollarına çatıb. Hazırda ölkədə 20 investisiya layihəsi həyata keçirilir ki, onların da orta layihə dəyəri 264 milyon ABŞ dolları olaraq qiymətləndirilir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?