25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ferenc Vaquhelyi: “Azərbaycan IOTA-nın inkişafında fəal iştirak edib”

Azərbaycan 2002-ci ildə Avropadaxili Vergi Administrasiyaları Təşkilatına (IOTA) tamhüquqlu üzv kimi qoşulandan bəri bir sıra peşəkar seminarlar və forumlar keçirməklə qarşıya qoyduğu məqsədlərə nail olmaqda fəallıq nümayiş etdirib.

Bunu IOTA-nın prezidenti, Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının rəhbəri Ferenc Vaquhelyi “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” Forumuna videomüraciətində deyib.

“Bunu da qeyd etmək lazımdır ki, IOTA-nın effektiv işləməsi üçün sizin mütəxəssisləriniz peşəkar kontentlərin inkişafına kömək etməklə çoxlu sayda texniki tədbirlərin uğurla keçirilməsinə töhfə veriblər. Texniki fəaliyyətlərlə yanaşı, siz IOTA-da inzibati rolu da öz üzərinizə götürmüsünüz”, - o əlavə edib.

F.Vaquhelyinin sözlərinə görə, Azərbaycan 2013-2016-cı illər arasında üç müddət ərzində IOTA-nın icraedici qərar qəbuletmə orqanının üzvü olub və IOTA-nın inkişafında iştirak edib.

“IOTA icması sizin fəal iştirakınızı və öhdəliyinizi yüksək qiymətləndirir. 2020-ci ilin iyul ayında vergi orqanları arasında bağlanmış vergi məlumatlarının mübadiləsi və vergi iddialarının yığılmasına yardım haqqında anlaşma memorandum bunun gözəl nümunəsidir”,- o deyib.

IOTA prezidentinin sözlərinə görə, memorandum ikitərəfli vergi münasibətlərinin gücləndirilməsi üçün gözəl imkan yaradıb və informasiya mübadiləsinin səmərəliliyinin daha da yüksəldilməsinə kömək edir.

“Sizi əmin edirəm ki, biz dövlət orqanlarımızın arasında mövcud olan mükəmməl əməkdaşlığı qoruyub saxlamağa və daha da inkişaf etdirməyə sadiqik və siz bizim davamlı dəstəyimizə arxalana bilərsiniz”, - deyə o, yekunlaşdırıb.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?