18 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın ipək məhsulları 3 ölkəyə ixrac ediləcək

Bu il ərzində Azərbaycanın ipək məhsullarının Türkiyə, İran və Hindistana ixrac edilməsi nəzərdə tutulur.

“Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına verilən məlumata görə, bu ölkələrə xam ipək, xam kəlağayı parçası və istehsal prosesindən əldə olunan çıxdaşların (Hindistana) ixrac edilməsi planlaşdırılır.

2023-cü ildə “Azəripək” MMC ümumilikdə 3 029,7 min manat (1 782,2 min ABŞ dolları) dəyərində məhsul ixrac edib. Bu isə 2022-ci ilə nisbətən 4,7 faiz çoxdur.

İstehsala gəlincə, 2023-cü ildə 34,6 ton xam ipək, 10,9 ton ipək vata, 8 328 ədəd müxtəlif ölçüdə güllü kəlağayı, 275 min kvadratmetr xam ipək parça, 1 439 ədəd çitmə, 2 367 ədəd güllü şərf, 17 323 ədəd müxtəlif ölçüdə bişmiş kəlağayı, 3 180 ədəd bişmiş şərf, 16 ədəd ipək xalça, 3 577 kq xalça sapları istehsal edilib.

2024-cü ildə də əvvəlki illərdə istehsal olunan malların, eləcə də pambıq ipliyindən və suni, sintetik saplardan xam parçaların istehsalı nəzərdə tutulur.

İlhamə İSABALAYEVA

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?