11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Macarıstan Birgə İşgüzar Şurası yaradılır

Ölkələr arasında ticarət və iqtisadi əlaqələri daha da genişləndirmək üçün Azərbaycan-Macarıstan Birgə İşgüzar Şurası yaradılır. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) “vergiler.az”a verilən məlumata görə, bu məqsədlə fevralın 16-17-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclasında Azərbaycan-Macarıstan Birgə İşgüzar Şurasının yaradılması haqqında saziş imzalanıb.

Sazişə əsasən, tərəflər Şuranın məqsədləri və işçi qrupunun formalaşdırılması üzrə vəzifələri müəyyən ediblər. Şuranın yaradılmasında məqsəd Azərbaycan və Macarıstanda birgə investisiyaların təşviqi, qarşılıqlı ticarət dövriyyəsinin artırılması və iqtisadi əlaqələrlə bağlı qarşıya çıxan məsələlərin həllinə nail olmaqdır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?