14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“SumPlast” MMC istehsal həcmini artırmaq niyyətindədir

Son illər ərzində Azərbaycana FFS tipli polietilen filmlərin idxalının qarşısı müəyyən qədər alınıb. Bunu “vergiler.az”a Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SumPlast” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktoru Səftər Məlikli deyib.

Onun sözlərinə görə, 2018-ci ildə təməli qoyulan “SumPlast” MMC-nin zavodunda tam avtomatlaşdırılmış müasir alman avadanlıqları və alman texnologiyası əsasında beynəlxalq standartlara cavab verən, sənaye istifadəsi üçün FFS tipli polietilen filmlər istehsal edilir. Zavod, əsasən, polimer məhsulların qablaşdırılmasında istifadə edilən müxtəlif olçü və texniki göstəricilərdə polietilen kisələr istehsal edir ki, bu da daxili bazarın tələbatının böyük bir hissəsini təmin edir.

Zavod məhsulun istehsalı üçün tələb olunan polietilen və digər xammalı, əsasən, Avropanın aparıcı istehsalçılarından alır.

S.Məliklinin sözlərinə görə, son 2 il ərzində dünyada yaranan logistik problemlər xammalın qiymətinin bahalaşmasına böyük təsir edib və bu problem “SumPlast” MMC-ni öz məhsullarını xaricə ixrac etməklə bağlı çətinliklərlə qarşılaşdırır: “Buna baxmayaraq, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərin fəaliyyəti üçün yaratdığı şərait imkan verir ki, şirkət istehsal həcmini daha da artırsın və fəaliyyətini genişləndirsin”.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?