11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Korporativ qiymətli kağızların dövriyyəsi artıb

Korporativ qiymətli kağızların dövriyyəsi artıb

2022-ci ilin I yarımili ərzində ölkənin qiymətli kağızlar bazarında kiçilmə müşahidə edilsə də, korporativ qiymətli kağızların dövriyyəsində artım qeydə alınıb.

“vergiler.az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının cari yarımillik Maliyyə Sabitliyi Hesabatında bildirilir.

Qeyd edilir ki, qiymətli kağızlar bazarının ümumi ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.5% azalaraq 8.2 mlrd. manat olub. Qiymətli kağızlar bazarında azalma dövlət qiymətli kağızları hesabına olub. Belə ki, dövlət qiymətli kağızlarının dövriyyəsi 14% və ya 730 mln. manat azalıb. Eyni zamanda, korporativ qiymətli kağızlarının dövriyyəsində 89% və ya 376 mln. manat, repo əməliyyatları üzrə ticarət dövriyyəsində isə 2% və ya 46 mln. manat artım müşahidə edilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?