18 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qarabağdakı sənaye parkları inves­tor və sahibkarlar üçün əlçatandır

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Moldovanın Baş naziri Nataliya Qavrilitsanın Azərbaycanın işgüzar dairələri ilə görüşündə deyib.

“Sahibkarlar üçün əlverişli investisiya imkanlarına malik bu sənaye parkları iqtisadi potensialın reallaşdırılması üçün mühüm mexanizmdir. Hazırda minatəmizləmə işləri aparılır, işğaldan azad edilmiş ərazilərdə infrastruktur və kommunikasiyalar yenidən qurulur, nəqliyyat əlaqələri bərpa olunur və yaxın vaxtlarda Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə veriləcək”, - deyə nazir müavini qeyd edib.

Sahib Məmmədovun sözlərinə görə, Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artaraq bu ilin yanvar-avqust aylarında 13,5 milyon ABŞ dollarına çatıb.

O qeyd edib ki, cari ildə Azərbaycandan Moldovaya ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 13 dəfə artıb. 1995-ci ildən 2021-ci ilədək Azərbaycandan Moldovaya qeyri-neft sektoruna qoyulan investisiyaların həcmi 9,7 milyon ABŞ dolları, Moldovadan Azərbaycana yatırılan investisiyanın məbləği isə 3,8 milyon ABŞ dolları təşkil edib. Azərbaycanda 24 Moldova şirkəti qeydiyyatdan keçib ki, bu şirkətlər əsasən ticarət, nəqliyyat, kənd təsərrüfatı və xidmət sektorlarında fəaliyyət göstərir.

AZƏRTAC

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?