19 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Postmünaqişə dövründə 2500 şəhid ailəsi üzvü, qazi, erməni terrorundan zərər çəkən şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub

Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinin, müharibə qazilərinin, erməni terrorundan zərər çəkən şəxslərin aktiv məşğulluq proqramları çərçivəsində dəstəklə təminatı işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 2500 şəxs, o cümlədən 1200-ə yaxın şəhid ailəsi üzvü aktiv məşğulluq proqramları ilə əhatə olunub.

Onlardan 2200-ü özünüməşğulluq proqramına cəlb edilib. Onlar seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin edilirlər. 250-dək şəxsin isə ödənişli ictimai işlər, digərləri əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları çərçivəsində məşğulluq məsələləri operativ həll olunub.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?