23 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn ilin büdcəsinin əsas xüsusiyyətlərindən biri işğaldan azad olunan ərazilərin bərpası və yenidənqurma işlərinin aparılması üçün maliyyə təminatının yaradılmasıdır

2021-ci il dövlət büdcəsi layihəsinin əsas xüsusiyyətlərindən biri işğaldan azad olunan ərazilərdə bərpası və yenidənqurma işlərinin aparılması üçün maliyyə təminatının yaradılmasıdır.
Bu sözləri maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, 2020-ci il Azərbaycanın tarixində müstəsna il kimi qalacaq. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. İşğaldan azad edilmiş torpaqların bərpa olunması və həmin yerlərə insanların qayıtması mühüm vəzifə kimi qarşıda durur. 2021-ci il dövlət büdcəsi layihəsinin əsas xüsusiyyətlərindən biri cari ildə erməni işğalçılarına qarşı zəfər qazandığımız Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin bərpası və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatının yaradılmasıdır. Bunun həyata keçirilməsi üçün məqsədli vəsaitlər nəzərdə tutulub, xüsusi təyinatlı investisiyalar planlaşdırılır. Müdafiə və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün gələn ilin dövlət büdcəsindən 4,6 milyard manat nəzərdə tutulur.
S.Şərofov deyib ki, 2020-cil iqtisadi cəhətdən digər ölkələrdə olduğu kimi Azərbaycan üçün də ağır il olub. Hökumətin gördüyü məqsədyönlü tədbirlər nəticəsində bunun müəyyən mənada qarşısı alınıb. COVID-19-un yaratdığı fəsadlar və bunun üçün çəkilən xərclər istər-istəməz öz mənfi təsirini göstərib.
Nazir vurğulayıb ki, xalqın rifahının daha da yaxılaşdırılması, işğaldan azad olunuş ərazilərin bərpası, müdafiə sahəsi və sərhəd xidmətinin gücləndirilməsi, ordumuzun qüvvətləndilməsi çox mühümdür.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?