8 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

MDB-yə üzv dövlətlərin vergi xidmətləri ekspertlərinin iclası olub

MDB-yə üzv dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının XXVII iclası çərçivəsində ekspertlərin videokonfrans formatında iclası keçirilib.
Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycanın sədrlik etdiyi tədbirdə Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın vergi xidmətlərinin nümayəndələri iştirak ediblər.
Vergi Xidmətinin baş idarə rəisi Zaur Fətizadənin idarə etdiyi toplantıda 2019-2020-ci illər üçün Koordinasiya Şurasının iş planının icrasının nəticələri, 2016-2020-ci illərdə MDB-nin iqtisadi inkişaf strategiyasının üçüncü mərhələsi çərçivəsində vergi orqanları üzrə görülən işlər, MDB ölkələrində birgə vergi nəzarət tədbirlərinin aparılması təcrübəsi və imkanları, vergi qanunvericiliklərində baş vermiş dəyişikliklər, sosial sığorta haqlarının inzibatçılığı təcrübəsi, üzv dövlətlərdə bir neçə ölkənin vətəndaşlığı və vergi rezidentliyi olan fiziki şəxslərin gəlirlərinin ikiqat vergiyə cəlb edilməsi, məhkəmə və məhkəməyə qədərki şikayətlərə baxılma təcrübəsi, rəqəmsal aktivlərin dövriyyəsinin vergitutma mexanizmləri və praktikasının öyrənilməsi, tənzimləmə metodlarının və metodologiyanın inkişafı, qabaqcıl dünya təcrübəsinin inteqrasiyası üçün tövsiyələrin hazırlanması, üzv dövlətlərdə vergi müəyyənliyinin artırılması və sair barədə fikir mübadiləsi aparılıb.
Ekspertlərin müzakirələri dekabrın 23-də MDB-yə üzv dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının XXVII iclasına hazırlıq məqsədi daşıyır. Tədbir iki gün davam edəcək.

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?