20 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pandemiya şəraitinin tələblərinə ciddi əməl olunmalıdır

Son günlər koronavirus infeksiyasına yoluxanların artan dinamikası pandemiya şəraitinin zəruri qaydalarına daha ciddi əməl olunmasını tələb edir. Bu baxımdan İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) zəruri qayda və tələblərə əməl olunmasına nəzarətı daha da gücləndirib.

Nazirliyin noyabrın 30-da keçirdiyi monitorinqlər zamanıYasamal rayonunda “Bizim market”də, Nazim Ağakişiyevə məxsus ərzaq mağazasında, Səbail rayonunda “Ef market”də, “Nə alsan 1 manat” pərakəndə ticarət obyektində, Binəqədi rayonunda “İqlim mağazası”nda, Mirələm Quliyevə, Məhəmməd Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Suraxanı rayonunda “Araz supermarket Qaraçuxur-2”də, Nəsimi rayonundaHüseynqulu Əsgərova məxsus mağazada, Sabunçu rayonunda Asif Mustafayevə məxsus dülgər sexində, Nizami rayonunda “Bazarstore”da, Xətai rayonunda Əmrah İsmayılova məxsus “İnşaat materialları mağazası”nda, Zöhrab İbrahimova məxsus geyim mağazasında, Nərimanov rayonunda Elşən Tağıyevə, Elçin Həbibova məxsus pərakəndə ticarət obyektlrində, ümumilikdə 15 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi