19 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın investisiya üçün ən yaxşı ölkələr siyahısında yer alması məqsədyönlü islahatların məntiqi nəticəsidir

Xəbər verdiyimiz kimi, ABŞ-ın məşhur "Ceoworld" nəşri bu il investisiya qoymaq üçün ən əlverişli ölkələrin siyahısını açıqlayıb. Reytinq cədvəli hazırlanarkən 67 ölkə korrupsiyanın səviyyəsi, şəxsi, ticarət və pul azadlığı, əmək, investorların qorunması, infrastruktur, vergilər, həyat keyfiyyəti, bürokratiya və texnologiya kimi 11 fərqli kateqoriyada qiymətləndirilib.

Siyahıda Malayziya, Polşa və Filippin öndədir. Dünyanın ən böyük iqtisadiyyatlarına malik ölkələr - ABŞ, Çin və Yaponiya isə siyahıda, müvafiq olaraq, 18-ci, 24-cü və 32-ci yerlərdədir. Azərbaycan 43-cü yeri tutub və postsovet məkanında Rusiyadan sonra bütün ölkələri qabaqlayıb.

İqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, respublikamızın iqtisadi inkişafının səbəblərindən biri ölkəyə daxil olan xarici investisiyaların və büdcə gəlirlərinin səmərəli yerləşdirilməsidir. İnvestisiya siyasətinin uğurla həyata keçirilməsi nəticəsində davamlı iqtisadi artıma nail olunub, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında nəzərəçarpacaq nəticələr əldə edilib. Onun sözlərinə görə, investisiya qoyuluşlarının reallaşdırılması mürəkkəb proses olmaqla, çox ciddi yanaşma tələb edir:

"Azərbaycan hökuməti tərəfindən ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması (lisenziya və icazələrin azaldılması, prosedurların asanlaşdırılması və s.), sahibkarlıq sahəsində yoxlamaların 2021-ci ilədək qismən dayandırılması, investisiyaların təşviq edilməsi (məsələn, "investisiya təşviqi sənədi"nin tətbiqi və həmin sənədi alanlara 7 il müddətinə vergi güzəştlərinin verilməsi, habelə layihə çərçivəsində idxal olunan texnika və texnologiyanın ƏDV və rüsumdan azad edilməsi), sənaye parklarının yaradılması (parkların rezidentlərinə də 7 il müddətinə vergi güzəştləri tətbiq olunur, habelə onların istehsal məqsədi üçün idxal etdikləri texnika və texnologiya ƏDV-dən və rüsumdan azad olunur), yerli istehsalın himayə edilməsi və daxili bazarın qorunması, qeyri-neft ixracının stimullaşdırılması (ixrac təşviqinin tətbiqi, xarici ölkələrdə ixrac missiyalarının təşkili və ticarət evlərinin açılması və s.), idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlərin (yaşıl dəhliz, elektron bəyanetmə və s.) tətbiqi, bir sıra kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması və s. kimi çox sayda qərarlar qəbul edilib və tədbirlər həyata keçirilib".

Xatırladaq ki, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksində Azərbaycan 2010-cu ildəki 51-ci yerdən (133 ölkə arasında) 2018-ci ildə 35-ci yerə (137 ölkə arasında) yüksəlib. "The Heritage Foundation" fondunun İqtisadi Azadlıq İndeksində respublikamız 2000-ci ildəki 49.8 balla "reqressiv (əzilən) ölkələr" qrupundan 2018-ci ildə 64.3 balla "mötədil azad" ölkələr qrupuna keçə bilib.

Azərbaycanın investisiyaların yatırılması üçün ilk 50 ölkə içərisində 43-cü yerdə qərarlaşması son illər ərzində ölkədə aparılan islahatların və biznes mühitinin şəffaflaşdırılması istiqamətində dövlətin atdığı addımların məntiqi nəticəsidir. Bu islahatlar bütün beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.

Fəxriyyə İKRAMQIZI

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb