28 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kassa çeklərini tələb etmək bizə nə verir?

Bu gün dövlətin marağında olduğu aktual mövzulardan biri də kassa çeklərinin tələb edilməsidir. Təəssüf ki, çox vaxt vətəndaşlar bu məsələyə "bunun bizə nə xeyri var?" məntiqi ilə yanaşırlar. Xatırladaq ki, 2019-cu ilin iyul ayında Vergilər Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı Bakının ətrafında və xüsusən rayonlarda fəaliyyət göstərən ticarət məntəqələrində kassa çeklərinin vurulmaması ilə bağlı xeyli nöqsan aşkarlanıb. Həmin nöqsanların miqyasını təsəvvür etmək üçün bircə faktı demək kifayətdir ki, yoxlamaya cəlb olunanların 97 faizi bir sıra səhvlərə yol verib. Mövzunu iqtisadçı ekspert Ruslan Atakişiyev şərh edir.

Keyfiyyətsiz məhsullardan qurtuluruq

Əksər mağazalarda, xüsusən də Bakıətrafı və regionlarda fəaliyyət göstərən, "gözdən-qulaqdan" uzaq ticarət məntəqələrində saxta mallar piştaxtalara daha asan yol tapır. Hətta bu mallar brendlərin qablarına, xarici firmaların adlarına bürünərək qarşımıza çıxır. Onları alırıq və heç bir kassa çeki əldə etmədən evə gətiririk. Nəticədə məhsulun keyfiyyətsizliyini və yararsızlığını aşkarlayanda aldığımız mağazaya yenidən üz tuturuq, əksər hallarda saatlarla həmin malı oradan aldığmızı sübut etməyə çalışırıq.

Ən yaxşı halda tanış marketlərdə satıcılar bu məhsulu gətirən insanların onları da aldatdığı təsəllisi ilə bizi "yola verirlər". Dövlət qurumlarına müraciət etdikdə isə aldığımız məhsulun kassa çeki bizdən tələb olunur. O yoxdursa, haqqımızı tələb edə bilmirik. Belə bir vəziyyətdə biz saxta malın mağazaya çıxmasına şərait yaratmış, gizli anti-sanitar sexlərdə hazırlanan məhsulu qəbul etmiş, eləcə də dövlətə vergi verməli olan sahibkara himayə göstərmiş oluruq. Beləliklə də bu prosesdəki ziyan son nəticədə vətəndaşa dəyir.

Mükafat əldə edirik

2019-cu il yanvarın 1-dən ictimai iaşədə, ticarət müəssisəsində kassa çeki aldığımz halda əldə etdiyimiz əmtəə və xidmətlərə görə nağdsız qaydada ödədiyimiz 18 faiz ƏDV-nin 15 faizi istehlakçıya geri ödəniləcəkdir (bu məsələnin texniki tərəfləri üzərində hazırda iş gedir). Bu nə deməkdir? Təsəvvür edin ki, bir ay ərzində 500 manatlıq məhsul əldə etmişik və qarşılığında kassa çeki almışıq. O zaman hökumət bizə 500 manatın 18 faiz ƏDV = 90 manat, onun da 15 faiz bonusu - 13,5 manat pul verəcəkdir. Bunu ilin 12 ayına vursaq, dövlətdən 162 manat mükafat alacağıq.

Yəni alış-veriş edib qazanmaq mümkündür. Niyə də qazanmayaq?! Əslində, bir çox hallarda məsafə baxımından uzaq supermarketlərə bonus kartında endirim olduğu üçün getmirikmi? Bundan başqa, kassa çeki ilə aldığımız malda qüsur aşkarlandıqda onu 14 gün ərzində qaytarmaq imkanı əldə edirik.

Sağlam gələcək, savadlı nəsil, rahat həyat üçün...

Dövlət vergilərin tam və vaxtında yığılması ilə güclü olur. Biz alış-veriş etməklə təkcə öz istehlak ehtiyacımızı təmin etmirik. Gəlir əldə edən sahibkar vergi ödəyir. Vergilər çox yığıldıqca dövlətimizin də gəlirləri artır. Bununla da ordumuz güclənir, təhsilimizin və səhiyyəmizin keyfiyyəti yüksəlir, əlillər, qocalar, imkansızlar daha artıq sosial yardım ala bilir.

Yadda saxlayaq: kassa çekini tələb etməklə biz həm özümüzə xeyir gətirir, həm də dövlətimizə xidmət edirik!

Fəxriyyə İKRAMQIZI

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb